26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da «Southwest Airlines» şirkətinə məxsus «Boeing 737-700» sərnişin təyyarəsi Kaliforniya ştatının, Los-Anceles dairəsinin Boba-Hopa hava limanında uçuş-enmə zolağından kənara çıxıb.

Bu barədə «Report» CNN-ə istinadən xəbər verir. Bildirilir ki, 278-ci reys Oklenddən Byorbanka uçurmuş.

Hadisə zamanı «Boeing 737-700» təyyarəsində 112 sərnişin və 5 heyət üzvü olub. Onlardan heç biri xəsarət almayıb.

ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsindən bildirilib ki, hadisəyə güclü yağış səbəb olub. 

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək

Читайте также:  ANAMA-nın mütəxəssisləri də itkin düşmüş alpinistlərin axtarışlarına qoşulublar - RƏSMİ