
Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da “Southwest Airlines” şirkətinə məxsus “Boeing 737-700” sərnişin təyyarəsi Kaliforniya ştatının, Los-Anceles dairəsinin Boba-Hopa hava limanında uçuş-enmə zolağından kənara çıxıb.
Bu barədə “Report” CNN-ə istinadən xəbər verir. Bildirilir ki, 278-ci reys Oklenddən Byorbanka uçurmuş.
Hadisə zamanı “Boeing 737-700” təyyarəsində 112 sərnişin və 5 heyət üzvü olub. Onlardan heç biri xəsarət almayıb.
ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsindən bildirilib ki, hadisəyə güclü yağış səbəb olub.
Şəkli yükləmək
Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək