26.12.2018 0

Bakı. 22 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Ciddə şəhərində təyyarənin şassisiz eniş etməsi nəticəsində 50-dən çox adam yaralanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mülki Aviasiya Xidmətinin İstintaq İdarəsindən bildiriblər.

Səudiyyə Ərəbistanının “Saudia” aviaşirkətinə məxsus “Airbus 330” sərnişin təyyarəsi təcili enişi dünən gecə edib. Layner Mədinə şəhərindən Banqladeşin paytaxtı Dəkkəyə uçarkən ekipaj hidravlik sistemdə nasazlıq olduğunu görüb. Bu səbəbdən təyyarənin Ciddədəki kral Əbdül Əziz hava limanına endirilməsinə qərar verilib.

Qeyd edək ki, təyyarədə 141 sərnişin və 10 ekipaj üzvü olub.

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək

Читайте также:  Ukraynanın Zaporojye vilayəti Azərbaycan sahibkarları ilə əməkdaşlıq əlaqələri yaratmaq istəyir