26.12.2018 0

Bakı. 27 iyul. REPORT.AZ/ Paraqvayda “Beechcraft Baron 58” tipli təyyarənin qəzaya uğraması nəticəsində kənd təsərrüfartı naziri Luis Gneiting, onun müavini Visente Rameirez və iki pilot ölüb.

“Report “Haber7”yə istinadən xəbər verir ki, bunu ölkənin Mülki Aviasiyasının rəsmi nümayəndəsi Ruben Aquilar bildirib.

Onun sözlərinə görə, hadisə ölkə paytaxtı Asunsondan 380 km şərqdə baş verib. Təyyarə Ayolas şəhərində havaya qalxdıqdan bir müddət sonra qəzaya uğrayıb və batalıq əraziyə düşüb. 

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək

Читайте также:  Azərbaycan Ordusu 20 min nəfərlik şəxsi heyətlə genişmiqyaslı təlimlər keçirəcək