26.12.2018 0

Bakı. 23 may. REPORT.AZ/ “Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsində siyasi və təhlükəsizlik məsələləri müzakirə olunacaq”.

Bunu “Report”a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Aİ arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi mayın 29-30 tarixlərində Bakıda keçiriləcək.

Səfir həmçinin qurumla Azərbaycan arasında imzalanacaq aviasiya sazişinə də toxunub: “Sazişlə bağlı bir sıra işlər həyata keçirilib. Biz bununla bağlı görülmüş işlərin nəticələrini, ümid və nikbinliklə gözləyirik”. 

Читайте также:  Avropa İttifaqı Azərbaycana AZAL-ın özəlləşdirilməsini təklif edib