26.12.2018 0

Bakı. 3 sentyabr. REPORT.AZ/ Naxçıvanda aviasiya bölmələri təlim-məşq uçuşları keçirib.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, uçuşlar zamanı SU-25 hücum təyyarələri və Mİ-35 atəş-dəstək helikopterləri ilə hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün ən aşağı hündürlükdə mürəkkəb pilotoji manevrlər yerinə yetirilib. 

Mİ-17 nəqliyyat-döyüş helikopterləri ilə gənc pilotların yüksək dağlıq ərazidə məhdud ölçülü meydançaya enmə vərdişləri təkmilləşdirilib.

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək

Читайте также:  Türkiyə ordusunun Afrində məhv etdiyi terrorçuların sayı 935 nəfərə çatıb - YENİLƏNİB