26.12.2018 0

Bakı. 3 sentyabr. REPORT.AZ/ Fəaliyyətdə olduğu müddət ərzində “SOCAR Energy Ukraine” şirkəti tərəfindən Ukrayna hökumətinə 219 mln. ABŞ dolları həcmində vergi ödənilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “2017-cü il üzrə illik hesabatı”nda qeyd olunub.

Qeyd edilib ki, SOCAR tərəfindən şirkətə fəaliyyətə başladığı dövrdən etibarən, ümumilikdə, 286 mln. dollar həcmində sərmayə yatırılıb. Bu investisiya, əsasən, yanacaqdoldurma məntəqələrinin (YDM) yaradılmasına, neft bazalarının alınmasına və işlək kapitalın formalaşdırılmasına sərf olunub. Ötən ilin sonuna olan məlumata görə şirkətdə 1 817 nəfər işçi çalışır.

Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Energy Ukraine” şirkəti vasitəsi ilə həyata keçirir. Şirkət 2009-cu il dekabrın 17-də yaradılıb. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın topdan və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir.

Читайте также:  "Lufthansa" aviaşirkəti 800 reysi ləğv edəcək

2018-ci il yanvar ayının sonuna şirkətin YDM-lərinin sayı 61-ə bərabər olub. Ukrayna ərazisində “SOCAR Energy Ukraine” şirkətinə aid 4 neft bazası Kiyev, Odessa, Lvov və Xarkov şəhərlərində fəaliyyət göstərir. “SOCAR Energy Ukraine”nin törəmə şirkətləri olan “Torgoviy Dom” və “SOCAR-AVİA” şirkətləri isə yüngül neft məhsullarının və Ukrayna hava limanlarında aviasiya yanacağının satışını həyata keçirir.