26.12.2018 0

Bakı. 7 avqust. REPORT.AZ/ Əfqanıstanın şərqindəki Lövgər vilayətində ABŞ Hərbi Hava Qüvvələrinin aviazərbələri və radikal “Taliban” hərəkatının silahlılarının təşkil etdiyi hücumlar zamanı 50 mülki sakin və təhlükəsizlik xidməti əməkdaşı ölüb.

Bu barədə “Reprot” RİA “Novosti”yə istinadən xəbər verir.

Vilayət Şurasının üzvü Abdul Vali Vakila hərəkat silahlılarının Azra rayonunda gecə saatlarında koordinasiyalı hücumlar həyata keçirdiyini, nəticədə 35 təhlükəsizlik xidməti əməkdaşı və mülki şəxsin öldürüldüyünü bildirib.

Onun sözlərinə görə, daha 15 polis əməkdaşı ABŞ aviasiyasının onların nəzarət-buraxılış məntəqəsinə endirdiyi aviazərbələr zamanı ölüb.

Читайте также:  ABŞ Suriyada dinc sakinlərin evlərini bombalayıb, 26 nəfər ölüb