26.12.2018 0

Bakı. 16 noyabr. REPORT.AZ/ Komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq şərti düşmənin silahlı hücumunun dəf edilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordunun motoatıcı və döyüş təminatı bölmələri praktiki fəaliyyət göstərib.

Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, yaradılmış tabor taktiki qrupları raket-artilleriya, aviasiya və hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə şərti düşmənə əks-zərbə endiriblər.

Əməliyyatların aparılması zamanı müasir texnoloji vasitələrdən istifadə edilməklə qərargahlar arasında məlumatlar mübadiləsi tam həcmdə həyata keçirilib.

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək

Читайте также:  Kiyevdə Poroşenko və SOCAR prezidenti arasında görüş keçirilib