26.12.2018 0

Bakı. 19 noyabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-sentyabr aylarında ölkədə 951,6 min ton dizel yanacağı, 920,5 min ton avtomobil benzini istehlak edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin 9 ayında dizel yanacağının istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% artıb, avtomobil benzininin istehlakı isə 5% azalıb.

Hesabat dövründə 290,3 min ton aviasiya üçün və sair ağ neft, 236 min ton neft bitumu, 170,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 127 min ton maye qaz, 45,8 min ton sürtkü yağları istehlak edilib.

Ağ neft istehlakı 23,4%, neft-kimya sənayesində istifadə üçün benzin istehlakı 39,7%, neft bitumunun istehlakı 52,4%, maye qaz istehlakı 40,6%, sürtkü yağlarının istehlakı isə 49,7% artıb.