26.12.2018 0

Bakı.
20 oktyabr. REPORT.AZ/ “Azərbaycan rəhbərliyi ölkənin gələcəyi, o cümlədən millətin
intellektual inkişafı haqqında düşünür”.

“Report”
xəbər verir ki, bunu “Silk Way” aviaşirkətinin
prezidentinin müşaviri Dmitriy Kiva Ukraynanın “Zn.ua” nəşrinə müsahibəsində bildirib.

“Mənə
Azərbaycanda işləmək çox rahatdır, bura ailəm üçün də yaxşıdır. Mən bu ölkəyə və məni
səmimiyyətlə qəbul etmiş insanlara həmişə minnətdar olacağam. Azərbaycan rəhbərliyi
ölkənin gələcəyi, o cümlədən də millətin intellektual inkişafı haqqında
düşünür. Azərbaycanda yüksək texnologiyalı sahələrin və istehsalın inkişafına
doğru keçidin zəruriliyi dərk edilir, çünki neft və qaz ehtiyatları əbədi
deyil. Bu hiss olunur”, – o deyib.

D.Kiva vurğulayıb ki, Azərbaycan aviasiya sahəsini ciddi şəkildə inkişaf etdirmək niyyətindədir: “Azərbaycan bir qədər əvvəl çox ambisiyalı
layihələrə qoşulub, hansılar ki idealda milli aviasiya sənayəsinin əsaslarını
qoyaraq onun inkişafı üçün meydança olmalıdır. Bunlardan biri, sözsüz ki, 10 ədəd
“An-178” təyyarələrinin tikintisinə dair Ukrayna ilə müqaviləyə baxılmasıdır. Azərbaycan “An-178” layihəsindən başqa, “An” seriyasına aid
digər nəqliyyat vasitələri, ilk növbədə, “Аn-124
Ruslan”, həmçinin digər markalı təyyarələr üzrə məsləhət xidmətlərində
maraqlıdır.

Читайте также:  Banqladeşdə iki döyüş təlim təyyarəsi toqquşub