

Bakı. 14 oktyabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin aviasiyası şənbə günü Fərat çayının şərq sahilində yerləşən Hacin şəhərində İŞİD terror qruplaşmasının dayaq məntəqəsinə hava zərbəsi endirib.
“Report” TASS-a istinadən xəbər verir ki, hava zərbələri nəticəsində 105 terrorçu məhv edilib.
Bundan əvvəl İŞİD terror qruplaşması üzvlərinin Hacin şəhərinə hücum edərək 130 ailəni girov götürdükləri xəbər verilib.


Русский
Azərbaycan
Deutsch
English