26.12.2018 0

Bakı. 14 oktyabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin aviasiyası şənbə günü Fərat çayının şərq sahilində yerləşən Hacin şəhərində İŞİD terror qruplaşmasının dayaq məntəqəsinə hava zərbəsi endirib.

“Report” TASS-a istinadən xəbər verir ki, hava zərbələri nəticəsində 105 terrorçu məhv edilib.

Bundan əvvəl İŞİD terror qruplaşması üzvlərinin Hacin şəhərinə hücum edərək 130 ailəni girov götürdükləri xəbər verilib.

Читайте также:  Avstriya Kansleri: “Rusiyaya casusluq etmiş keçmiş hərbçinin günahı sübut olunacaq”