26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 27 dekabr. REPORT.AZ/ Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus “Yak-130” tipli iki döyüş təlim təyyarəsi toqquşub.

“Report” xəbər verir ki, bu barədə aviasiya sahəsindəki mənbəyə istinadən “bdnews24” nəşri məlumat yayıb.

“Hadisənin başvermə səbəbi hələ müəyyənləşdirilməyib, xilasetmə əməliyyatı davam edir”, – deyə portala bildiriblər.

Hadisənin Çittaqonq əyalətinin Putibila rayonunda baş verdiyi, bununla belə təyyarələrin 4 nəfərdən ibarət heyət üzvlərinin sağ qaldığı bildirilir.

Читайте также:  ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var