

Bakı. 27 dekabr. REPORT.AZ/ Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus «Yak-130» tipli iki döyüş təlim təyyarəsi toqquşub.
“Report” xəbər verir ki, bu barədə aviasiya sahəsindəki mənbəyə istinadən «bdnews24» nəşri məlumat yayıb.
«Hadisənin başvermə səbəbi hələ müəyyənləşdirilməyib, xilasetmə əməliyyatı davam edir», — deyə portala bildiriblər.
Hadisənin Çittaqonq əyalətinin Putibila rayonunda baş verdiyi, bununla belə təyyarələrin 4 nəfərdən ibarət heyət üzvlərinin sağ qaldığı bildirilir.


Azərbaycan
Deutsch
English
Українська