Qax. 15 sentyabr. REPORT.AZ/ Qaxda çoban yüksək dağlıq ərazidə yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
“Report”un məlumatına görə, hadisə ötən gün Böyük Qafqaz dağlarının rayonun İlusu kəndi yaxınlığından keçən hissəsində mürrəkkəb relyefli yüksək dağ massivində baş verib.
Çobanlıqla məşğul olan Qax şəhər sakini Radiq Eldar oğlu Əsgərov ərazidə yıxılaraq aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
R.Əsgərovun meyiti ərazidən FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və Aviasiya dəstəsinin «Mi-17» helikopteri tərəfindən götürülüb.
Məlumata görə, R.Əsgərov ötən gün İlisu kəndində olub. O, dağa geri qayıdarkən İlisu ərazisində spirtli içki içib və hadisə baş verən zaman sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.
Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…
Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов? Частная авиация вам поможет!…
Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)
28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…
Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…
Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…