Qaxda dağlıq ərazidə yıxılan çoban ölüb

Qax. 15 sentyabr. REPORT.AZ/ Qaxda çoban yüksək dağlıq ərazidə yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

“Report”un məlumatına görə, hadisə ötən gün Böyük Qafqaz dağlarının rayonun İlusu kəndi yaxınlığından keçən hissəsində mürrəkkəb relyefli yüksək dağ massivində baş verib.

Çobanlıqla məşğul olan Qax şəhər sakini Radiq Eldar oğlu Əsgərov ərazidə yıxılaraq aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

R.Əsgərovun meyiti ərazidən FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və Aviasiya dəstəsinin „Mi-17“ helikopteri tərəfindən götürülüb.

Məlumata görə, R.Əsgərov ötən gün İlisu kəndində olub. O, dağa geri qayıdarkən İlisu ərazisində spirtli içki içib və hadisə baş verən zaman sərxoş olub. 

Faktla bağlı araşdırma aparılır. 

admin

Share
Published by
admin

Recent Posts

(Русский) Срочный перелёт Женева – Баку!

Leider ist der Eintrag nur auf Russisch verfügbar.

2 Jahren ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 Jahren ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 Jahren ago