

Mingəçevir. 7 sentyabr. REPORT.AZ/ Mingəçevir su anbarında 9 gün əvvəl batan şəxsin meyiti tapılıb.
«Report»un yerli bürosu xəbər verir ki, avqustun 29-da Mingəçevir su anbarında batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Hüseynov Kamil Faiq oğlunun axtarışları başa çatıb.
K.Hüseynovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, avqustun 29-da başlanan axtarışlara FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, «Mi-17-1V» helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu və xilasediciləri cəlb olunmuşdu.


Azərbaycan
Deutsch
English
Українська