26.12.2018 0

Mingəçevir. 7 sentyabr. REPORT.AZ/ Mingəçevir su anbarında 9 gün əvvəl batan şəxsin meyiti tapılıb.

“Report”un yerli bürosu xəbər verir ki, avqustun 29-da Mingəçevir su anbarında batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Hüseynov Kamil Faiq oğlunun axtarışları başa çatıb. 

K.Hüseynovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, avqustun 29-da başlanan axtarışlara FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, “Mi-17-1V” helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu və xilasediciləri cəlb olunmuşdu.

Читайте также:  Banqladeşdə iki döyüş təlim təyyarəsi toqquşub