Bakı. 18 yanvar. REPORT.AZ/ Venesuelada neft hasilatının həcminin kəskin azalması və ABŞ-da şist neft hasilatının həcminin artmaqda davam etməsi 2018-ci ildə neft bazarı üçün sürpriz ola bilər.
«Report» xəbər verir ki, bunu «Bloomberg» agentliyinə müsahibəsində Abu-Dabidə (BƏƏ) keçirilən energetika forumunda Beynəlxalq Energetika Agentliyinin (IEA) rəhbəri Fatih Birol deyib.
O, dünyada elektromobillərin sayının artmasının neftə tələbata təsiri barədə suala cava verərək bildirib ki, tələbatı minik avtomobillərindən daha çox aviasiya, dəniz daşımaçılığı, neft-kimya sektoru, yük maşınları formalaşdırır. IEA rəhbəri 30 il əvvəl başlayan «dayanıqlı energetika» müzakirələrinə münasibət də bildirib və deyib ki, 1987-ci ildən karbohidratların qlobal enerji bazarında xüsusi çəkisinin dəyişməyərək 81% qalıb.
F.Birol IEA-nın son hesabatına istinad edərək xatırladıb ki, 2018-ci ildə neft bazarında sabitlik gözlənilir: «Əgər bazarda vəziyyət ancaq tələb və təklif əsasında müəyyənləşsə, qiymətin 70 dollar/bareldən çox olması gözlənilmir. Venesuela və ABŞ-ın sürprizləri isə müxtəlif yeni ssenarilər yarada bilər».
Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…
Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов? Частная авиация вам поможет!…
Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)
28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…
Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…
Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…