Categories:

IEA: Venesuela və ABŞ neft bazarı üçün sürprizdir

Bakı. 18 yanvar. REPORT.AZ/ Venesuelada neft hasilatının həcminin kəskin azalması və ABŞ-da şist neft hasilatının həcminin artmaqda davam etməsi 2018-ci ildə neft bazarı üçün sürpriz ola bilər. 

“Report” xəbər verir ki, bunu “Bloomberg” agentliyinə müsahibəsində Abu-Dabidə (BƏƏ) keçirilən energetika forumunda Beynəlxalq Energetika Agentliyinin (IEA) rəhbəri Fatih Birol deyib. 

O, dünyada elektromobillərin sayının artmasının neftə tələbata təsiri barədə suala cava verərək bildirib ki, tələbatı minik avtomobillərindən daha çox aviasiya, dəniz daşımaçılığı, neft-kimya sektoru, yük maşınları formalaşdırır. IEA rəhbəri 30 il əvvəl başlayan “dayanıqlı energetika” müzakirələrinə münasibət də bildirib və deyib ki, 1987-ci ildən karbohidratların qlobal enerji bazarında xüsusi çəkisinin dəyişməyərək 81% qalıb. 

F.Birol IEA-nın son hesabatına istinad edərək xatırladıb ki, 2018-ci ildə neft bazarında sabitlik gözlənilir: “Əgər bazarda vəziyyət ancaq tələb və təklif əsasında müəyyənləşsə, qiymətin 70 dollar/bareldən çox olması gözlənilmir. Venesuela və ABŞ-ın sürprizləri isə müxtəlif yeni ssenarilər yarada bilər”.

admin

Share
Published by
admin

Recent Posts

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 il ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 il ago