26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 28 avqust. REPORT.AZ/ BƏƏ-nin Baş Mülki Aviasiya İdarəsi Yəmən husilərinin Dubay beynəlxalq hava limanına hücumla bağlı bəyanatlarını təkzib edib.

“Report” TASS-a istinadən xəbər verir ki, idarə müvafiq bəyanatı bazar ertəsi «Twitter»də paylaşıb.

«BƏƏ-də hava rabitəsi normal rejimdə, hər hansı bir problem olmadan [həyata keçirilir]. Husilərin nəzarəti altında olan KİV-in Dubay beynəlxalq aeroportu ilə bağlı iddiaları həqiqətə uyğun deyil», — deyə məlumatda bildirilir.

Bazar günü husilərin nəzarət etdiyi «Al Masirah» telekanalı «Səməd-3» tipli pilotsuz uçan döyüş aparatının Dubay aeroportuna zərbə endirdiyi barədə məlumat yayıb.

Читайте также:  Rusiyada Heydər Əliyevin xatirəsi anılıb