26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 8 noyabr. REPORT.AZ/ “Türk Hava Yolları” (THY) şirkəti Bakıdan Türkiyənin Ankara, Antalya və İzmir şəhərlərinə birbaşa reyslər açmaq istəyir.

“Report” xəbər verir ki, bunu qonşu ölkənin milli aviadaşıyıcısının Avropa və Orta Şərq ölkələri üzrə satış direktoru Harun Baştürk deyib.

Onun sözlərinə görə, bununla bağlı dövlətlər səviyyəsində qərarlar qəbul edilməlidir.

«Türkiyə ilə Azərbaycan arasında sonuncu dəfə imzalanmış mülki aviasiya anlaşması iki ölkə arasında hava əlaqələrini artırmağa imkan verən sənəddir. Hazırda THY yenidən qiymətləndirmə aparır. İstanbuldan başqa, Ankara, Antalya və İzmir kimi digər şəhərlərimizdən də Bakıya uçuşlar həyata keçirmək niyyətindəyik», — deyə THY rəsmisi qeyd edib. 

Читайте также:  Elmin İnkişafı Fondu “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin nəticələrini açıqlayıb