Qəzza sektorunda atışma zamanı 1 İsrail əsgəri həlak olub

Bakı. 21 iyul. REPORT.AZ/ İsrail ordusu 1 hərbi qulluqçunun ölümünə görə Fələstinin silahlı dəstələrini ittiham edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, atəş zamanı 1 İsrail əsgəri ağır yaralanıb. O, daha sonra Qəzzanın şimal hissəsində ölüb.

Оrdu rəhbərliyi ölən əsgərin yaxınlarına başsağlığı verib. Bununla yanaşı bildirilib ki, istənilən hərbi qulluqçuya qarşı düşmənçilik aktına hərbi aviasiya da daxil olmaqla, güc yolu ilə cavab veriləcək.  

admin

Share
Published by
admin

Recent Posts

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 years ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 years ago