Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Prezident İlham Əliyevi təbrik edib

Bakı. 13 aprel. REPORT.AZ/ Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. 

“Report” xəbər verir ki, təbrik məktubunda deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Yüksək demokratiya şəraitində keçən Azərbaycan Respublikası Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin. Həyata keçirdiyiniz siyasətin, dövlət proqramlarının və planların Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi, heç şübhəsiz, Sizə çox böyük inamın, sabitliyi və iqtisadi inkişafı təmin edən siyasi xəttinizin düzgün olduğunun əyani təsdiqidir. Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası dünyada azad, hüquqi və firavan dövlətlərdən birinə çevrilib.

Seçkilərdə Sizin inamlı qələbənizə qəti əmin idim. Çünki Azərbaycanın uğurlarını və azərbaycanlıların Sizə səmimi münasibətini, həyata keçirdiyiniz sosial-iqtisadi siyasətin dəstəkləndiyini kimdənsə eşitməmişəm, özüm bunun şahidiyəm.

Aviasiya ictimaiyyəti adından Sizə səmimi qəlbdən dövləti və beynəlxalq məsələlərdə daha böyük uğurlar və yeni nailiyyətlər, aydın səma arzu edirəm. Mən dahi Heydər Əliyevi və onun böyük siyasi irsini həmişə sevgi hissi ilə xatırlayıram.

admin

Share
Published by
admin

Recent Posts

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 years ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 years ago