26.12.2018 Azərbaycanda aviasiya 0

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci ildönümü qeyd edilib.

“Report”un Rusiya bürosunun məlumatına görə, mərasim Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunub.

Tədbirdə iştirak edən Rusiyanın və Azərbaycanın tanınmış ictimaiyyət və siyasət nümayəndələri, Heydər Əliyevin məsləkdaşları tarixi şəxsiyyət haqqında fikirlərini bölüşüb, həyat yoluna nəzər salıblar.

Tədbir Heydər Əliyevin həyatından bəhs edən filmin nümayişi ilə başlayıb. Çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyev şəxsiyyətinin Rusiya və Azərbaycan tarixində rolundan danışıb. Polad Bülbüloğlu Heydər Əliyevlə işlədiyi dövrü özü üçün bir məktəb olduğunu nəzərə çatdıraraq ümummilli liderin mədəniyyətə xüsusi önəm verdiyini vurğulayıb. Səfir bildirib ki, Heydər Əliyev kursu bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Читайте также:  Cahangir Əsgərov: "Azərbaycanın hava limanları bütün aviaşirkətlər üçün açıqdır, bununla bağlı məhdudiyyət yoxdur"

Çıxış edən Rusiya Prezidentinin Xəzər regionu ölkələri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev də qonaqlar qarşısında xatirələrini bölüşərək Heydər Əliyevin siyasət məktəbinin müəllimi olduğunu bildiriblər. Şimali Qafqaz üzrə nazir Sergey Çebataryev, Dövlətlərarası aviasiya komitəsinin sədri Tatyana Anodina, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şıvıdkoy isə çıxışlarında Heydər Əliyevin xatirəsinin yaşadığını, hazırkı dövürdə Azərbaycandan kənarda onun adına kücələrin verilməsini, heykəllərin ucaldılmasını ona olan məhəbbətin göstəricisi olduğunu qeyd ediblər. Gecənin sonunda isə Polad Bülbüloğlu rejissor Tofiq Şaxverdiyevə və müğənni Sərxan Sərxana Azərbaycanın “Xalq artisti” fəxri adının vəsiqəsi və döş nişanı təqdim edib. 

Читайте также:  Madaqaskarda təyyarə qəzaya uğrayıb, ölənlər var

İqbal Rüstəmov

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək