26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan eskperimental taktiki raket istehsalına başlayıb.

“Report” xəbər verir ki, “ETR-M” adlı raketin kalibri 203 mm-dir.

Müdafiə Sənayesi Nazirliyi mütəxəssislərinin hazırladığı raketin uçuş məsafəsi 10 000 m, kütləsi 250 kq, uzunluğu 2400 mm-dir. Raket bir neçə moduldan ibarətdir. Modulların hər birini ayrılıqda sökmək, dəyişmək mümkündür. Raketin buraxılması qurğusu da Azərbaycan istehsalıdır.

Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin zavodlarından birində stasionar hədəfləri məhv etmək üçün 50 kq kalibrli özütuşlanan süzən aviasiya bombası istehsal olunub. “QFAB-50 İSAB” adlı bombanın uçuş məsafəsi 10 000 metrdir. Uzunluğu 1600 mm, diametri 230 mm, kütləsi isə 65 kq-dır.

Yeni istehsal olunan “QFAB-250 LG” adlanan bombanın isə çəkisi 250 kq-dır. Lazer nişangahlı qəlpəli-fuqaslı aviasiya bombasının uçuş məsafəsi 12 000 metrdir. Bomba düşdüyü yerdən 10 metr kənara qəlpə verir. Bombanın uzunluğu 3300 mm, diametri 240 mm-dir.

Читайте также:  I rübdə Azərbaycanda dizel yanacağı istehlakı 18% artıb

Müdafiə Sənayesi Nazirliyinin hazırladığı bomba sınaqdan sonra istifadəyə veriləcək. Sınaqların birinci mərhələsi artıq bitib.

Sınaqlar əsasən “Su-25” təyyarələrində aparılıb.

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək