Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə əsas növ neft emalı məhsullarının istehlakı 3,8 mln. ton olub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 2016-cı illə müqayisədə 1% artıb.
Ümumi istehlakın 34,7%-ni və ya 1,312 mln. tonunu dizel yanacağı təşkil edib. Dizel yanacağının istehlakı ötən il 2016-ci ildən 26,7% çox olub.
2017-ci ildə ölkədə 1,287 mln. ton avtomobil benzini istehlak edilib ki, bu da ümumi istehlakın 34,1%-ni təşkil edib. Ötən il Azərbaycanda avtomobil benzini istehlakı 2016-cı ildən 1,8% çox olub.
2017-ci il ərzində ölkədə mazut yanacağının istehlakı 2016-cı ildən 49,3% azalaraq 345,1 min ton təşkil edib. Bu isə ümumi neft məhsulları istehlakının 9,1 %-nə bərabərdir.
Hesabat dövründə neft-kimya sənayesində istifadə üçün benzin ümumi istehlakın 4,8%-ni təşkil edib və 181 min ton istifadə olunub. Bu isə 2016-cı ildən 10,1% azdır.
Ötən il Azərbaycanda aviasiya üçün və sair ağ neftin istifadəsinin həcmi 152,8 min ton təşkil edib ki, bu da ümumi istehlakın 4%-nə bərabərdir. Ağ neft istehlakı illik müqayisədə 8,6% azalıb.
Keçən il neft bitumunun isethlakında 32,3% artım qeydə alınıb. Belə ki, hesabat dövründə 230,8 min ton neft bitumu istehlak olunub və bu, ümumi istehlakın 6,1%-i deməkdir.
Maye qazın istehlakı 2017-ci ildə 8,9% azalaraq 128,4 min ton (ümumi istehlakın 3,4%-i) təşkil edib.
Ötən il Azərbaycanda sürtkü yağlarının istehlakı 20% artaraq 42,8 min ton təşkil edib, bu isə ümumi istehlakın 1,1%-nə bərabərdir.
Hesabat dövründə ümumi istehlakda payı 2,7% olan digər neft emalı məhsullarının istehlakının həcmi 2,3 dəfə artaraq 100,2 min ton olub.
Leider ist der Eintrag nur auf Russisch verfügbar.
Leider ist der Eintrag nur auf Russisch verfügbar.
Leider ist der Eintrag nur auf Russisch verfügbar.
Leider ist der Eintrag nur auf Russisch verfügbar.
Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…
Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…