26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə əsas növ neft emalı məhsullarının istehlakı 3,8 mln. ton olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 2016-cı illə müqayisədə 1% artıb.

Ümumi istehlakın 34,7%-ni və ya 1,312 mln. tonunu dizel yanacağı təşkil edib. Dizel yanacağının istehlakı ötən il 2016-ci ildən 26,7% çox olub.

2017-ci ildə ölkədə 1,287 mln. ton avtomobil benzini istehlak edilib ki, bu da ümumi istehlakın 34,1%-ni təşkil edib. Ötən il Azərbaycanda avtomobil benzini istehlakı 2016-cı ildən 1,8% çox olub.

2017-ci il ərzində ölkədə mazut yanacağının istehlakı 2016-cı ildən 49,3% azalaraq 345,1 min ton təşkil edib. Bu isə ümumi neft məhsulları istehlakının 9,1 %-nə bərabərdir.

Читайте также:  Naxçıvanda döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb

Hesabat dövründə neft-kimya sənayesində istifadə üçün benzin ümumi istehlakın 4,8%-ni təşkil edib və 181 min ton istifadə olunub. Bu isə 2016-cı ildən 10,1% azdır.

Ötən il Azərbaycanda aviasiya üçün və sair ağ neftin istifadəsinin həcmi 152,8 min ton təşkil edib ki, bu da ümumi istehlakın 4%-nə bərabərdir. Ağ neft istehlakı illik müqayisədə 8,6% azalıb.

Keçən il neft bitumunun isethlakında 32,3% artım qeydə alınıb. Belə ki, hesabat dövründə 230,8 min ton neft bitumu istehlak olunub və bu, ümumi istehlakın 6,1%-i deməkdir.

Maye qazın istehlakı 2017-ci ildə 8,9% azalaraq 128,4 min ton (ümumi istehlakın 3,4%-i) təşkil edib.

Ötən il Azərbaycanda sürtkü yağlarının istehlakı 20% artaraq 42,8 min ton təşkil edib, bu isə ümumi istehlakın 1,1%-nə bərabərdir.

Читайте также:  DİN yeni şəxsiyyət vəsiqələrinin verilməsində problemlərin yaranması barədə iddialara cavab verib

Hesabat dövründə ümumi istehlakda payı 2,7% olan digər neft emalı məhsullarının istehlakının həcmi 2,3 dəfə artaraq 100,2 min ton olub.