Bakıda “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi başlayıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakıda III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi başlayıb.

„Report“un məlumatına görə, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxuyub.

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev çıxış edərək Azərbaycanda və regionda üçüncü dəfə keçirilən Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX-2018” sərgisinin açılışı münasibətilə nümayəndə heyətlərini, şirkətlərin təmsilçilərini və ziyarətçiləri təbrik edib.

Qeyd edək ki, Bakı Ekspo Mərkəzində keçirilən sərgidə dünyanın 29 ölkəsini təmsil edən 224 şirkət iştirak edir.

Azərbaycan, Belarus, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr “ADEX 2018” sərgisinə qatılıblar.

“ADEX 2018” sərgisində Hava Hücumundan Müdafiə (HHM) və Raket Əleyhinə Müdafiə (RƏM) sistemləri, hərbi gəmiqayırma, silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, hərbi-elmi tədqiqat, PUA sistemləri, robot-texniki komplekslər, atıcı silahlar, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, raket və artilleriya silahları, reaktiv yaylım atəşi sistemi (RYAS), optik-elektron və lazer texnikası, zirehli texnika, sualtı qayıqlar, Hərbi Dəniz Qüvvələrinin (HDQ) kiber-təhlükəsizliyi, radioelektron müharibə və komandanlıq, idarəetmə, rabitə, kompüter, kəşfiyyat, müşahidə və məlumattoplama (C4ISR) sistemləri, hərbi dəmiryol qüvvələrinin texnika və avadanlıqları, silahların istehsalı, təmiri və utilizəsi üzrə texnologiya və avadanlıqlar, eləcə də digər sektorlar təqdim olunacaq. Bu il sərgidə digər sektorlar ilə yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş təqdim olunacaq və bu sektorda “MİQ” (“МИГ”), “TUSAŞ”, “Leonardo”, “ОАК”, “Motor Siç” (“Мотор Сич”), “Rusiya Vertolyotları” (“Российские вертолеты”) və “Aeronautics Group” kimi dünyaca məşhur korporasiya və şirkətlər iştirak edirlər.

Xatırladaq ki, sərginin təşəbbüskarı Müdafiə Sənayesi Nazirliyidir və Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

Sərgi sentyabrın 27-də başa çatacaq. 

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək

admin

Share
Published by
admin

Recent Posts

(Русский) Срочный перелёт Женева – Баку!

Leider ist der Eintrag nur auf Russisch verfügbar.

2 Jahren ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 Jahren ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 Jahren ago