26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 11 may. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC yanında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi “AIM” aeronaviqasiya məlumatının idaraetmə inteqrasiya sisteminin tətbiqi prosesini başa çatdırıb.

“Azərbaycan Hava Yolları” QSC-dən “Report”a verilən məlumata görə, belə tam inteqrasiya olunan sistem bütün digər postsovet məkanı ölkələri arasında ilk dəfə tətbiq olunur.

Hava Hərəkətinin idarə edilməsi sahəsində Qlobal Konsepsiyaya müvafiq olaraq “AIM” yeni aeronaviqasiya məlumatının idarəetmə sistemi SWIM – System Wide Information Management konsepsiyasını əks etdirir və ICAO yol xəritəsinin bir hissəsidir. SWIM aviasiya, aeroport, uçuş, meteoroloji məlumat, eləcə də müşahidə, hava gəmilərinin axınının və hava məkanının buraxılış qabiliyyətinin məlumatı mübadiləsinə köməklik edir. Bu cür yanaşma hava hərəkətinin təşkil edilməsində bütün məlumat tədarükçüləri və istifadəçiləri arasında birbaşa mübadiləni təmin edir.

Читайте также:  AZAL daha 20 ədəd “Boeing 747-8F” təyyarəsi almaq niyyətindədir

“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyev bildirib ki, müasir mülki aviasiya vaxtında təqdim edilən düzgün, dəqiq aeronaviqasiya məlumatı olmadan mümkün deyil. 

“Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində „Azərbaycan Hava Yolları“ bu gün rəqəmsal şəkildə aeronaviqasiya məlumatının ilkin mənbədən son istifadəçilərə çatdırılma axınının fasiləsiz təşkil edilməsinə imkan verən qabaqcıl texnologiyalar tətbiq edir. Bu, öz növbəsində göstərilən xidmətlərin keyfiyyətini artıracaq, uçuşların təhlükəsizliyinin, müntəzəmliyinin, uçuşların səmərəliyi məlumatının təmin edilməsində vacib olan məlumatın işlənib hazırlanması prosesini sürətləndirəcək”, – o deyib.

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək