ABŞ Rusiyadan silah və ikili təyinatlı malların ixracına sanksiya tətbiq edib

Bakı. 24 avqust. REPORT.AZ/ ABŞ-ın Rusiyaya qarşı daha əvvəl elan etdiyi sanksiyalar kreditlərin verilməsini, silah və ikili təyinatlı malların ixracını qadağan edir.

„Report“ „RİA Novosti“yə istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi nəşr orqanı olan Federal Qeydiyyatda yerləşdirilən sənəddə deyilir.

Sanksiyaların avqustun 27-də qüvvəyə minəcəyi gözlənilir.

Sanksiyalara əsasən, 1961-ci ilin xarici yardımlar qanununa müvafiq olaraq, ABŞ-ın Rusiyaya təcili humanitar yardım, ərzaq və digər kənd təsərrüfatı məhsullarından savayı, hər cür yardımı dayandırılmalıdır.

Həmçinin ABŞ Dövlət Departamenti Rusiya dövlət şirkətlərinə kosmosda əməkdaşlıq və kommersiya məqsədli kosmik raket buraxılışları, eləcə də mülki aviasiya uçuşlarının təhlükəsizliyini təmin etmək üçün zəruri olan malların ixracı istisna olmaqla, ABŞ-ın silah və ikili təyinatlı mallarını ixrac etmək üçün lisenziya verməyəcək.

admin

Share
Published by
admin

Recent Posts

(Русский) Срочный перелёт Женева – Баку!

Leider ist der Eintrag nur auf Russisch verfügbar.

2 Jahren ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 Jahren ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 Jahren ago