Bakı. 24 avqust. REPORT.AZ/ ABŞ-ın Rusiyaya qarşı daha əvvəl elan etdiyi sanksiyalar kreditlərin verilməsini, silah və ikili təyinatlı malların ixracını qadağan edir.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi nəşr orqanı olan Federal Qeydiyyatda yerləşdirilən sənəddə deyilir.
Sanksiyaların avqustun 27-də qüvvəyə minəcəyi gözlənilir.
Sanksiyalara əsasən, 1961-ci ilin xarici yardımlar qanununa müvafiq olaraq, ABŞ-ın Rusiyaya təcili humanitar yardım, ərzaq və digər kənd təsərrüfatı məhsullarından savayı, hər cür yardımı dayandırılmalıdır.
Həmçinin ABŞ Dövlət Departamenti Rusiya dövlət şirkətlərinə kosmosda əməkdaşlıq və kommersiya məqsədli kosmik raket buraxılışları, eləcə də mülki aviasiya uçuşlarının təhlükəsizliyini təmin etmək üçün zəruri olan malların ixracı istisna olmaqla, ABŞ-ın silah və ikili təyinatlı mallarını ixrac etmək üçün lisenziya verməyəcək.
Sorry, this entry is only available in Rus.
Sorry, this entry is only available in Rus.
Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…
Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…