26.12.2018 0

Bakı. 19 mart. REPORT.AZ/ Ukraynanın Zaporojye vilayəti ölkənin sənaye, elm və innovasiya mərkəzidir, aviasiya mühərrikləri, transformator texnikası və digər dünya səviyyəli yüksək texnoloji məhsulların istehsalı sahəsində imkanları ilə tanınır. 

“Report” xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) yerli sahibkarlara müraciətində bildirilir. 

Müraciətdə həmçinin deyilir ki, Zaporojye vilayətinin ərazisində “Zaporojstal”, “Dneprospetsstal”, “Motor Siç”, “Zaporojtransformator” və digər aparıcı Ukrayna müəssisələri yerləşir.

Əlavə məlumat üçün www.investment.zoda.gov.ua linkindən istifadə etmək olar. 

Читайте также:  Ərəb koalisiyası Yəmənin Hudeyda şəhərinə genişmiqyaslı hücuma keçib