26.12.2018 0

Bakı. 2 aprel. REPORT.AZ/ Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının bölmələrinin hərbçiləri Alagöz yüksək dağlıq poliqonunda keçirilən təlimlərdə iştirak edirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, ikitərəfli taktiki təlimlərə mindən çox hərbçi, təqribən, 300 ədəd hərbi texnika, o cümlədən qırıcı təyyarələr, ordu və pilotsuz aviasiya cəlb olunub.

Hərbçilər bir həftə ərzində artilleriya, hava hücumundan müdafiə və aviasiyanın dəstəyi ilə kəşfiyyat-zərbə konturlarının tərkibində taktiki gedişlər üzərində işləmək niyyətindədir. Manevrlərə həmçinin pilotsuz uçan aparatlar da cəlb ediləcək.

Təlimlər zamanı hərbçilər qayalı yüksək dağlıq yerlərdə sürücülük, atış silahlarından, minaatanlardan döyüş atışları həyata keçirmə, piyadaların döyüş maşınlarının, tankların, artilleriya və zenit-raket komplekslərinin silahlandırılması üzrə təlim-zaçot yerinə yetirəcəklər.

Читайте также:  Henrik Hololey: "Aviasiya sazişi həm Avropa İttifaqına, həm də Azərbaycana xeyir verəcək"