Categories:

Ərəb koalisiyası Yəməni bombalayıb, 19 nəfər ölüb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası aviasiyasının Yəmənin qərbində yerləşən Hodeyda əyalətinin Beyt əl-Fakih dairəsinin Əl-Məsul rayonuna endirdiyi zərbələr nəticəsində azı 19 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Masirah” telekanalının “Twitter” mikrobloqunda məlumat yerləşdirilib.

Prezident Əbd Rəbbu Mənsur Hadini dəstəkləyən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası artıq bir neçə aydır ki, mühüm strateji limanın yerləşdiyi Hodeydanı üsyançı husilərdən almağa cəhd göstərir. Lakin hökumətyönlü qoşunlar şəhər üzərində nəzarəti ələ keçirə bilmirlər.

Bundan əvvəl Yəməndə avtobusa endirilən raket zərbəsi nəticəsində 15 nəfər ölüb.

admin

Share
Published by
admin

Recent Posts

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 il ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 il ago