Mingəçevir. 7 sentyabr. REPORT.AZ/ Mingəçevir su anbarında 9 gün əvvəl batan şəxsin meyiti tapılıb.
“Report”un yerli bürosu xəbər verir ki, avqustun 29-da Mingəçevir su anbarında batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Hüseynov Kamil Faiq oğlunun axtarışları başa çatıb.
K.Hüseynovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, avqustun 29-da başlanan axtarışlara FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, “Mi-17-1V” helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu və xilasediciləri cəlb olunmuşdu.
Sorry, this entry is only available in Rus.
Sorry, this entry is only available in Rus.
Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…
Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…