26.12.2018 0

Bakı. 30 yanvar. REPORT.AZ/ “Hamımız Avropa İttifaqı ilə Azərbaycan arasında Aviasiya sazişi məsələsində irəliləyişə nail olmaqda maraqlıyıq. Bu sazişin imzalanması hər iki tərəfə xeyir verəcək”.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Nəqliyyat və mobillik üzrə baş direktorluğunun baş direktoru Henrik Hololey Bakıda brifinqdə deyib.

Xatırladaq ki, yanvar ayında Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında Aviasiya sazişi üzrə danışıqların növbəti mərhələsi keçirilib. H.Hololey danışıqların texniki detallarını açıqlamaq istəmədiyini bildirərək belə sazişin əldə olunması üçün vaxt lazım gəldiyini vurğulayıb.

“Şübhə yoxdur ki, Azərbaycan əhəmiyyətli nəqliyyat-logistik mərkəzə çevrilir və bu, Avropa İttifaqının maraqlarına uyğundur”, – deyə o bildirib.

Onun sözlərinə görə, Aİ nəqliyyat şəbəkəsinin şaxələndirilməsinə imkan verən hər istənilən dəhlizdə maraqlıdır.

Читайте также:  ABŞ-ın sanksiyası: müttəfiqlər və İran çaşqınlıq içində - ŞƏRH