26.12.2018 0

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bazar günü Çinin Lyəonin əyalətinin şimal-şərq sahillərində yük gəmisi batıb.

“Report” xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Gəmidə olan 11 nəfərdən ibarət heyət üzvləri itkin düşüb.

Qəza Huludao şəhər dairəsinin Suyçjun qəzası ərazisində qeydə alınıb. Əraziyə xilasetmə gəmiləri, sahil mühafizə gəmiləri, həmçinin aviasiya cəlb olunub.

Bundan əvvəl Azərbaycan sərhədçiləri Xəzərdə İran gəmisinin heyət üzvlərini xilas edib.

Читайте также:  Venesuelada Kolumbiya narkotik satıcılarının 4 təyyarəsi vurulub