Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.
Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, məqsəd Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 3-dən başlayacaq “TURAZ Şahini – 2018” birgə taktiki-uçuş təlimlərində iştirak etməkdir.
Sentyabrın 14-dək keçiriləcək müştərək təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd “MiQ-29” qırıcı və 3 ədəd “Su-25” hücum təyyarələri iştirak edəcək.
Şəkli yükləmək
Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək
Sorry, this entry is only available in Rus.
Sorry, this entry is only available in Rus.
Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…
Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…