26.12.2018 0

Bakı. 24 aprel. REPORT.AZ/ “Air France” aviaşirkətinin işçilərinin bu ilin fevral ayında etdikləri tətil milli aviadaşıyıcıya 300 mln. avroya başa gəlib. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir. 

Xatırladaq ki, aviasiya işçiləri inflyasiya ilə əlaqədar əmək haqlarının 6% artırılmasını tələb edirdi. Onlar bu il fevralın 22-də işi 11 gün müddətinə dayandırıblar. Bunu nəzərə alan “Air France” rəhbərliyi tələbin yerinə yetirilməsi üçün aprelin 16-da çoxillik müqaviləyə dair yekun təklif hazırlayıb. Təklif 4 il ərzində əmək haqlarının fərdi yanaşma prinsipi ilə 7%-ə qədər artırılmasını nəzərdə tutur. Lakin işçilərin heç də hamısı bu təkliflə razı deyil. Aprelin 26-da məsələ ilə bağlı məsləhətləşmələr başlayacaq və mayın 4-nə qədər davam edəcək. Həmin gün işçilərin səsverməsinin nəticəsi ictimaiyyətə açıqlanacaq. 

Читайте также:  Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb