Bakı. 12 fevral. REPORT.AZ/ Rusiyanın Moskva vilayətində qəzaya uğrayan «An-148» təyyarəsi ilə bağlı baş verənlərin araşdırılmasında iştirak etmək üçün Ukrayna özünün səlahiyyətli nümayəndəsini təyin edib.
«Report» TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlətlərarası Aviasiya Komitəsindən (DAK) bildiriblər.
Qeyd edək ki, Çikaqo Konvensiyasına 13 saylı əlavəyə görə, qəzanın araşdırılmasında təyyarənin istehsal olunduğu ölkənin də nümayəndələri iştirak edə bilərlər. «An» təyyarələri isə məhz Ukraynada istehsal olunur.
Xatırladaq ki, «Saratov airlines» şirkətinə məxsus «An-148» təyyarəsi fevralın 11-də «Domodedovo» aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub, onların hamısı ölüb.
Sərnişinlər arasında bir Azərbaycan vətəndaşı Namiq Qəhrəmanov da olub.
Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…
Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов? Частная авиация вам поможет!…
Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)
28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…
Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…
Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…