Ukrayna „An-148“ təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalarda iştirak edəcək – VİDEO

Bakı. 12 fevral. REPORT.AZ/ Rusiyanın Moskva vilayətində qəzaya uğrayan „An-148“ təyyarəsi ilə bağlı baş verənlərin araşdırılmasında iştirak etmək üçün Ukrayna özünün səlahiyyətli nümayəndəsini təyin edib.

„Report“ TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlətlərarası Aviasiya Komitəsindən (DAK) bildiriblər.

Qeyd edək ki, Çikaqo Konvensiyasına 13 saylı əlavəyə görə, qəzanın araşdırılmasında təyyarənin istehsal olunduğu ölkənin də nümayəndələri iştirak edə bilərlər. „An“ təyyarələri isə məhz Ukraynada istehsal olunur.

Xatırladaq ki, „Saratov airlines“ şirkətinə məxsus „An-148“ təyyarəsi fevralın 11-də „Domodedovo“ aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub, onların hamısı ölüb.

Sərnişinlər arasında bir Azərbaycan vətəndaşı Namiq Qəhrəmanov da olub.

admin

Share
Published by
admin

Recent Posts

(Русский) Срочный перелёт Женева – Баку!

Leider ist der Eintrag nur auf Russisch verfügbar.

2 Jahren ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 Jahren ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 Jahren ago