Yapon dənizində itkin düşmüş Rusiya gəmisinin axtarışı əlverişsiz hava şəraitinə görə çətinləşir

Bakı. 25 yanvar. REPORT.AZ/ Rusiya Fövqəladə Hallar Nazirliyi Yapon dənizi hövzəsində itkin düşmüş “Vostok” balıqçı gəmisinin axtarışı üzrə işləri davam etdirir.

“Report” xəbər verir ki, bu barədə Rusiya FHN-in Primorski vilayəti üzrə baş idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, axtarış əməliyyatlarının həyata keçirilməsi böyük dalğalar və güclü külək səbəbindən çətinləşir. Gecə saatlarında axtarış işləri bölgədə olan və oradan keçən gəmilər tərəfindən həyata keçirilir. Aviasiya ilə axtarışlar yanvarın 26-sı səhər saatlarında bərpa ediləcək.

Xatırladaq ki, Rusiyaya məxsus “Vostok” balıqçı gəmisi Yapon dənizinin Primorski vilayəti sahillərində itkin düşüb. Gəminin göyərtəsində 21 nəfər, o cümlədən iki azərbaycanlı – 1972-ci il təvəllüdlü dənizçi Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü dənizçi Ruslan Əlizadə olub. İlkin məlumatlara görə, onlar Rusiya vətəndaşlarıdır.

Axtarış-xilasetmə işlərinə 7 ədəd texnika və 102 nəfər şəxsi cəlb olunub.

Axtarışlar, hələ ki, bir nəticə verməyib.

admin

Share
Published by
admin

Recent Posts

(Русский) Срочный перелёт Женева – Баку и обратно!

Вибачте цей текст доступний тільки в “Російська”.

2 роки ago

(Русский) Срочный перелёт Женева – Баку!

Вибачте цей текст доступний тільки в “Російська”.

2 роки ago

(Русский) Срочный перелёт Баку – Женева!

Вибачте цей текст доступний тільки в “Російська”.

2 роки ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 роки ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 роки ago