Türkiyə ordusunun Afrində məhv etdiyi terrorçuların sayı 935 nəfərə çatıb – YENİLƏNİB

Bakı. 4 fevral. REPORT.AZ/ Türkiyə ordusunun Suriyanın Afrin şəhərində aparılan “Zeytun budağı” əməliyyatı çərçivəsində məhv etdiyi yaraqlıların sayı 935 nəfərə çatıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Vatikana getməzdən əvvəl keçirdiyi mətbuat konfransında bildirib.

Prezidentin sözlərinə görə, Türkiyə Hərbi Qüvvələri də itki verib. “Sözsüz ki, terrorizmlə mübarizədə itkilər də mümkündür. Ancaq unutmaq lazım deyil ki, qorxaqlar qələbənin nə olduğunu bilmirlər”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə lideri diqqəti Suriyanın şimal-qərbində tankın ekipaj üzvlərinin həlak olmasına cəlb edib. Prezidentin sözlərinə görə, Ankara beş hərbi qulluqçunun həlak olması şəraitini araşdırır. Hazırda tankın vurulduğu silahın hansı ölkənin istehsalı olması müəyyənləşdirilir. 

***11:53

Türkiyə ordusu Suriyanın Afrin şəhərində aparılan “Zeytun budağı” əməliyyatı çərçivəsində daha 32 terrorçunu məhv edib və öldürülən yaraqlıların sayı 932 nəfərə çatıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə silahlı qüvvələri komandanlığının məlumatında bildirilir.

Aviasiyanın zərbələri nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarına məxsus sığınacaq və silah-sursat anbarı kimi istifadə edilən 5 hədəfi məhv edilib.

admin

Share
Published by
admin

Recent Posts

(Русский) Срочный перелёт Женева – Баку и обратно!

Вибачте цей текст доступний тільки в “Російська”.

2 роки ago

(Русский) Срочный перелёт Женева – Баку!

Вибачте цей текст доступний тільки в “Російська”.

2 роки ago

(Русский) Срочный перелёт Баку – Женева!

Вибачте цей текст доступний тільки в “Російська”.

2 роки ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 роки ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 роки ago