Nabranda itkin düşmüş 3 yaşlı uşaq tapılıb – YENİLƏNİB

Bakı. 23 iyul. REPORT.AZ/ İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə sağ-salamat tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə “Report”a FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

*** 13:19

Bakı. 23 iyul. REPORT.AZ/ İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “Mi-17” helikopteri cəlb olunub.

FHN-dən “Report”a bildirilib ki, axtarışlar yaxınlıqdakı meşə ərazisində və dənizdə nazirliyin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin kinoloqları və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər.

Əlavə məlumat veriləcək.

admin

Share
Published by
admin

Recent Posts

(Русский) Срочный перелёт Женева – Баку и обратно!

Вибачте цей текст доступний тільки в “Російська”.

2 роки ago

(Русский) Срочный перелёт Женева – Баку!

Вибачте цей текст доступний тільки в “Російська”.

2 роки ago

(Русский) Срочный перелёт Баку – Женева!

Вибачте цей текст доступний тільки в “Російська”.

2 роки ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 роки ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 роки ago