26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 18 dekabr. REPORT.AZ/ Milli Aviasiya Akademiyasının fakültə dekanı vəfat edib.

“Report”un məlumatına görə, Akademiyanın Qiyabi fakültəsinin dekanı, dosent Gülsüm Zöhrabova dünyasını dəyişib.

Qeyd edək ki, Gülsüm Fərzulla qızı Zöhrabova 1965-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. Əmək fəaliyyətinə 1967-ci ildə Xalq Təsərrüfatı İnstitutunda başlayıb. 1988-ci ildən Bakı Dövlət Universitetində Rus dili kafedrasında baş müəllim vəzifəsində işləyib. 2004-cü ildən MAA-nın Dil və ədəbiyyat kafedrasında əvvəlcə baş müəllim, hazırda isə dosent vəzifəsində çalışıb.

Читайте также:  Rusiyada sərnişin təyyarəsinin qəzaya uğramasının ilkin səbəbi açıqlanıb