26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 26 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində “SOCAR Ukraine” şirkəti 19,7 min ton aviasiya yanacağı idxal edib.

“Report” bu barədə Ukaynanın “Enkorr” saytına istinadən xəbər verir.

Şirkətin idxalı ölkənin ümumi aviasiya yanacağı idxalının 7%-ni təşkil edib.

Hesabat dövründə Ukraynaya Azərbaycandan ixrac edilən aviasiya yanacağının həcmi isə 10,6 min ton olub. Bu isə Ukraynanın ümumi aviasiya yanacağı idxalının 3%-ni tutub.

Bu ilin yanvar-noyabr ayları ərzində Ukrayna ötən ilin analoji dövrü ilə müqayisədə aviasiya yanacağının idxalını 2,8 dəfə (195 min ton) artırıb və hesabat dövründə 305,6 min ton aviasiya yanacağı idxal olunub.

Bu ilin noyabr ayında isə Ukrayna 42,1 min ton həcmində aviasiya yanacağı idxal edib. Bu isə son iki ildə qeydə alınan ən yüksək həcmdir.

Читайте также:  Azərbaycan, Gürcüstan, İran və Türkiyə XİN başçılarının Bakı görüşünün bəyannaməsinin mətni açıqlanıb - YENİLƏNİB