26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 15 yanvar. REPORT.AZ/ Britaniya qırıcıları Krallığın hava məkanı yaxınlığında Rusiyanın strateji bombardmançı təyyarələrini “tutmaq” üçün havaya qalxıblar.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu haqda Qərb dövlətlərinin aviasiya xdimətləri məlumat yayıb.

Şotlandiyadan şərqdə Rusiyanın “Tu-160” strateji bombardmançı təyyarəsinin radiodanışığı qeydə alınıb. Bundan sonra Belçikanın 2 “F-16” qırıcısı və Fransanın “C-135FR” Stratotanker” yanacaqdolduran-təyyarəsi havaya qaldırılıb.

Britaniya Hərbi Hava Qüvvələri komandanlığı Rusiya təyyarələrinin “tutulması” ilə bağlı əməliyyatın həyata keçirilməsi xəbərini təsdiqləyib.

Читайте также:  ABŞ İdlibi Türkiyə və Rusiyaya təhvil verəcəkmi? - ŞƏRH