Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov komanda-qərargah hərb oyunlarının (KQHO) keçirilməsi ilə bağlı rəhbər heyətlə müşavirə keçirib.
Bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Döyüşü idarəetmə mərkəzində keçirilən toplantıda bildirilib ki, KQHO planına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissələri həyəcan siqnalı ilə qaldırılaraq qoşunlar tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Müşavirə zamanı əsas, ehtiyat və qoşunların komanda məntəqələri ilə birbaşa videobağlantı qurulub, PUA və digər texniki vasitələrin istifadəsi ilə şərti düşmənin müdafiəsinin ön xəttində və dərinliyindəki mövqelər və real şərait izlənilib.
General-polkovnik N.Sadıkov təlimlərin gedişi, həmçinin əməliyyat, kəşfiyyat, aviasiya, raket-artilleriya imkanları ilə bağlı məruzələri dinləyib və müvafiq tapşırıqlar verib.
Şəkli yükləmək
Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək
Вибачте цей текст доступний тільки в “Російська”.
Вибачте цей текст доступний тільки в “Російська”.
Вибачте цей текст доступний тільки в “Російська”.
Вибачте цей текст доступний тільки в “Російська”.
Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…
Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…